HAVA XİDMƏTİ

əhalinin və xalq təsərrüfatının müxtəlif sahələrini mövcud və gözlənilən hava şəraiti haqqında məlumatla təminetmə sistemi.
HAVA AXINLARI
HAVA MİQRANTLARI
OBASTAN VİKİ
Xüsusi Hava Xidməti
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Hava gəmilərinin texniki xidməti
Hava gəmilərinin texniki xidməti — uçuş aparatlarının istismar müddəti ərzində onların daimi sazlığının və uçuşa hazırlığının təmin edilməsinə yönəldilmiş yerüstü mühəndis-texniki təminatıdır. Texniki xidmət və lazımi qayğı olmadan istənilən hava gəmisi uçuşa yararsız hala çox tez gəlir. Hava gəmilərinin Səlahiyyətli texniki xidməti uçuşların təhlükəsizliyinin əsas amilidir. Müəyyən bir müddətdən və ya müəyyən bir uçuş saatlarından sonra(aviaşirkətin Maintenance Program'ında göstərilən) aviaşirkətlər (texniki xidmət təşkilatları) tərəfindən həyata keçirilməli olan təyyarələrin texniki vəziyyətinin dövri yoxlamalarından ibarətdir. Yoxlamaların bir neçə növü mövcuddur: transit check, daily check, weekly check, A-check, B-check, C-check və D-check. A-check və B-check — sadə, С və D-check texniki yoxlamaların ən çətin növləridir. Təyyarələrin bəzi növləri üçün istismar formalarına daxil olan iş həcmi istehsalçı tərəfindən aviasiya orqanlarının nümayəndələri və operatorların nümayəndələri ilə birlikdə hazırlanan texniki xidmət qaydaları ilə müəyyən edilir. Daha müasir tipli hava gəmiləri üçün vahid reqlament mövcud deyil və istismarçı zavodun rəhbər sənədləri (MRBR), tövsiyələri (MPD) və hakimiyyət orqanlarının göstərişləri əsasında konkret hava gəmisi üçün texniki xidmət proqramını hazırlamalıdır. Bu halda istismarçı tətbiq etdiyi siyasətə uyğun olaraq texniki xidmət formalarının formalaşdırılması ilə məşğul olmalıdır. Belə ki, əgər aviaşirkət yalnız gündüz reysləri həyata keçirirsə, gecə saatlarında texniki xidmətin aparılması məqsədəuyğun olardı.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Eduroam xidməti
Eduroam xidməti — elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir. Dünyanın 67-dən çox ölkəsi hal-hazırda bu sistemə qoşulmuşdur. Bir çox ölkələr isə pilot layihələr çərçivəsində bu xidmətə qoşulmağa çalışırlar. TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçmişdir. Eduroam xidməti AMEA-nın institut və təşkilatları əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətinə qoşulan elm və təhsil müəssisələrinin daxili infrastukturundan istifadə edərək qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı verir. Eyni zamanda Eduroam xidməti xarici ölkələrdən AMEA-nın institut və təşkilatlarına ezamiyyətə gələn elmi əməkdaşların AMEA-da Eduroam xidmətini dəstəkləyən bütün qoşulma nöqtələrindən istifadə edərək qlobal İnternet şəbəkəsinə heç bir əlavə konfiqurasiya edilmədən qoşulmasına imkan verir. Azərbaycan Milli Eduroam serveri AzSciencenet şəbəkəsində yerləşdirilmiş, republika üzrə Milli Operator funksiyasını yeinə yetirir və 11 noyabr 2011-ci il tarixində European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir. Eduroam xidməti AzScienceNet istifadəçilərinin dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaradır. Eduroam xidmətini Azərbaycan Respublikasında tətbiq etmək və ölkəni ümumdünya eduroam şəbəkəsinə qoşmaq və tanıtmaq üçün aşağıdakı tədbirlər həyata keçirilmişdir: Milli Eduroam serverin proqram təminatı işlənmiş və konfiqurasiya edilmişdir; AMEA-nın lokal eduroam serveri yaradılmış, onun proqram təminatı işlənmiş və istifadəçilər reyestri yaradılmışdır; Simsiz Wi-Fi access point-ləri quraşdırılmış və işə salınmışdır; Milli və Lokal eduroam serverlər, Wi-Fi access pointlər ümümi eduroamın tələblərinə uyğunlaşdırılmışdır. Milli Eduroam serverində (AzScienceNet şəbəkəsində yerləşir) qeydiyyatdan keçmək; Təşkilatın lokal eduroam serverinin yaradılması, proqram təminatının yazılması və istifadəçilər reyestrinin yaradılması ilə bağlı işlər; Simsiz Wi-Fi Access Point-in quraşdırılması və test rejimində işə salınması ilə bağlı işlər; Təşkilatın lokal serveri və Wi-Fi Access Point avadanlıqları beynəlxalq Eduroam şəbəkəsinin tələblərinə uyğunlaşdırılmalıdır.
Nəqliyyat xidməti
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Kadrlar xidməti
İnsan resurslarının idarəedilməsi — müəssisənin strukturunda ixtisaslaşdırılmış bölmələrin (onlarda işləyən vəzifəli şəxslərlə — menecerlər, mütəxəssislər, texniki işçilər ilə) uyğunlaşdırılması üçün müəssisənin kadrlarını idarə etmək üçün nəzərdə tutulmuşdur. İnsan resursları xidmətlərinə işə qəbul agentlikləri, işə qəbul agentlikləri və peşəkar inkişaf şirkətləri daxildir. Kadr xidmətlərinin funksiyaları bir çox cəhətdən müəssisələrdə kadr şöbələrinə bənzəyir, lakin eyni zamanda bir qədər daha genişdir. Biznesin uğurlu inkişafı üçün ixtisaslı kadrlar lazımdır. Hər bir vəzifə üçün əsas xüsusiyyətləri və xüsusiyyətləri əks etdirən iş təsvirlərini hazırlayın. İxtisaslı namizədlərin axtarışı və seçilməsi kadrların idarə edilməsi praktikasında mühüm elementə çevrilir. Qəbul təcrübələrinizin qanuna uyğun olduğundan əmin olun. Müəssisənin kadrlar şöbəsi tərəfindən işçilərin işə qəbulu mərhələləri Xətt menecerindən sifariş axtarın. Vəzifə, ərizəçiyə qoyulan tələblər, şərtlər haqqında ətraflı məlumatın əldə edilməsi. Məlumat bazansından, İnternetdən, mediada reklamdan, birbaşa axtarış və işə götürmə agentliyinin xidmətlərindən istifadə edərək axtarışı.
Feldyeger xidməti
Feldyeger xidməti (Feldjäger, alman: [ˈfɛltˌjɛːɡɐ] ( dinlə)) – məxfi və xidməti sənədlərin qəbulunu, emalı və təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət rabitə xidməti. Təsisat və müxtəlif adlar altında bir çox ölkədə mövcuddur. İlk dəfə 1742-ci ildə Prussiya ordusunda təsis olunmuşdur. Sonralar mülki idarə orqanlarında da tətbiq edilmişdir.
Hava Baronları
Hava Baronları (ing. Air Barons) ABŞ Hərbi Donanmasına məxsus olmuş aerobatika eskadronudur. 1958–1971-ci illərdə fəaliyyət göstərmişdir. Mavi Mələklərdən sonra ABŞ Hərbi Donanmasının ikinci aerobatika komandası olmuşdur.Əvvəllər uçuşlar üçün Grumman F-9 Cougar təyyarələri istifadə olunurdu. Sonra bu təyyarələr Douglas A-4 Skyhawk ilə əvəz olundu. Mavi Mələklərdən fərqli olaraq Hava Baronları bütün uçuşlar zamanı qanadları altında əlavə yanacağ çəni daşıyırdı. Hava Baronları aerobatika komandasından başqa həm də əməliyyat eskadronu idi. Aerobatika komandası mövcud olduğu müddətdə 66 rəsmi uçuş nümayişi keçirmişdir.
Hava Köçəriləri
Hava Köçəriləri — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. Od milləti tərəfdən başlayan Yüz illik müharibə başlayanda Aanqdan başqa bütün Hava Köçəriləri Od Lordu Sozin tərəfdən məhv edilmişdilər. Millətin görünüşü Tibet rahiblərinin görünüşü əsasında yaradılmışdır. Əsasən qara saçlı (kişilər rəhib ilduğuna görə keçəldilər), palıdılı gözlər, bədənlərinə (körpə yox,) uşaq yaşında bədənlərdə ox tatusu yazdırırlar. Hava Köçəriləri rəhibləridilər, məişəti çox asan və pasifistikdir. Onlar tamamilə vegeteriandılar (ətlərdən təkcə yumurtanı yeyirdilər). Uşaqlar aerobol kimi Hava magiyanı istifadə edə oyunlar oynayırdılar. Geyimləri əsasən sarı və palıdı rənglərdəidilər.
Hava axını
Hava gəmisi
Uçan gəmi — yerin və ya suyun səthində əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir yolu ilə atmosferdə dəstəklənən uçan aparat. Xüsusi çəkisinə görə təyyarələri şərti olaraq iki qrupa bölmək olar — havadan yüngül təyyarələr (aerostatlar) və havadan ağır olan təyyarələr (aerodinlər). İkisinin fərqi ondan ibarətdir ki, havadan daha yüngül olan təyyarələr, havadan daha ağır olan təyyarələrdən fərqli olaraq əlavə elektrik stansiyasının köməyi olmadan müstəqil şəkildə havaya qalxa bilirlər. Bu təsnifat rəsmi deyil və mümkün və tez-tez istifadə olunanlardan biri kimi verilir. Havadan yüngül olan təyyarələr, Arximed qanununa əsaslanaraq, havaya qalxmaq üçün aerostatik qüvvələrdən istifadə etmələri ilə fərqlənirlər ki, bu qanuna əsasən, daha az sıxlığa malik olan cisim daha yüksək sıxlıqlı mühitdə üzməyə başlayana qədər üzəcək. Atmosferin sıxlığı yer səthindən uzaqlaşdıqca azaldığından belə bir təyyarənin qalxması da qalxdıqca azalır.
Hava kütlələri
Hava kütlələri — fiziki xassələrinə görə aşağıdakı coğrafi tiplərə ayrılır: Ekvatorial hava (Eh)ekvatorial qurşaq üzərində formalaşaraq,yüksək temperatur və çox rütubətliliyi ilə səciyyələnir.Ekvatorial qurşaqda quru səthinin ifrat rütubətli olması ilə əlaqədar,həm okean,həm də quru üzərində formalaşan Eh eyni fiziki xassəyə malik olur.Buna görə də ekvatorial hava kütləsi dəniz və kontinaental növlərə bölünmür.Eh hakim olan ərazilərdə bol,leysan tipli yağıntılar baş verir. Tropik hava (Th) dəniz(DTh)və kontinental tropik hava(Kth)yarım tiplərinə bölünür.Dəniz tropik havası (DTh)tropik və subtropik qurşaqların okean səthləri üzərində-Azor və Havay maksimumlarında əmələ gələrək,yüksək temperaturu və rütubət tutumu,lakin alçaq nisbi rütubətliyi ilə səciyyələnir. Kontinental tropik hava (KTh) kütlələri tropik enliklərin quru səthləri üzərində,xüsusilə tropik barik maksimumlarında-Böyük Səhra,Ərəbistan,Tar,Kalaxari üzərində,yayda isə subtropiklərdə və mülayim qurşağın cənubunda(şm.yarımkürəsində)-Şimali Çində,Qazaxıstanda,Orta Asiyada,Kolarado yaylası üzərində əmələ gəlir.Yüksək temperaturu,qururluğu və tozluluğu ilə başqa hava kütlələrindən fərqlənir.Tropik hava kütlələri passatların tərkibində ekvatora,yayda isə mülayim enliklərə,o cümlədən Azərbaycan ərazisinə daxil olur. Mülayim enliklər havası (Mh) dəniz(DMh) və kontinental(Kmh) yarım tiplərinə bölünür. Dəniz mülayim enlikləri havası (DMh)hər iki yarımkürənin mülayim qurşaqların okean səthi üzərində formalaşır.Qışda materik üzərinə gəldikdə şaxtaları yumşaldır,qara,bəzən dumanlı yağışlı tutqun havalara səbəb olur.Yayda bu hava kütləsi istiliyi azaldır,rütubətliyi artırır,özü ilə bəzən gur yağışlar gətirir.DMh,adətən,qərb küləkləri və siklonlar sistemində hərəkət edərək,materiklər üzərinə gəlir. Kontinental mülayim enliklər havası (KMh)ancaq şimal yarımkürəsinin quru səthi üzərində öz səciyyəvi xassəsini alaraq,qışda çox soyuq,quru,şaxtalı və açıq şəffaf olur.Sibirdə bu hava qışda Arktika havasından da soyuq olduğundan,Sibirin bəzi rayonlarında havanın temperaturu -70 °C-dək aşağı düşür.Yayda geniş quru səthi üzərində formalaşan KMh bərk qızır,qalxan hava cərəyanları əmələ gətirərək,leysan yağışların yağmasına və hətta tufanların baş verməsinə səbəb olur.Azərbaycan ərazisində iqlimin formalaşmasında mülayim enliklər hava kütlələrinin hər iki yarım tipinin (KMh və DMh)rolu olduqca böyükdür.Belə ki,yayda respublika ərazisinə daxil olan hava kütlələrinin 50%-dən çoxunu Mh tipi təşkil edir. Arktik hava kütlələri (Ah) kontinental Arktika havası(KAh) və dəniz Arktika havası (DAh) yarımtiplərinə bölünür. Kontinental Arktika havası (KAh) Arktikanın buz səthi üzərində,qışda isə həm də Taymır,Kolıma hövzəsi,Çukot və Şimali Kanada üzərində yaranır.Alçaq temperaturu,az rütubətliliyi və yüksək şəffaflığı ilə xarakterizə olunur.KAh-nin mülayim enliklərə daxil olması qışda kəskin şaxtaların,yazda və payızda isə ayazların yaranmasına səbəb olur.Cənub yarımkürəsində KAh-nin analoqu Antraktidanın buz örüyü üzərində formalaşan,lakin daha kəskin şaxtalı,küləkli Antarktika hava kütləsidir.(KAh). Dəniz Arktika havası (DAh)Avropa Arktikasında okeanın buzlardan azad olan hissəsi üzərində əmələ gəldiyindən KAh-a nisbətən rütubətli və temperaturu bir qədər yüksək olur.Qışda DAh-ın materikin üzərinə hərəkət etməsi qısamüddətli istiləşməyə səbəb ola bilər.Azərbaycan ərazisinə bu hava kütlələrinin daxil olması temperaturun kəskin aşağı düşməsinə,buludluluğun artmasın və cəbhə boyu yağıntı düşməsinə gətirib çıxardır.Cənub yarımkürəsində Antarktika hava kütləsinin (Ah)dəniz yarımtipi yoxdur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsi Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi) Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur. Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Hava limanı
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Hava miqrantları
Hava müalicəsi
Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Hava proqnozu
Hava proqnozu– İri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur. 48 saatdan artıq müddətə tərtib edilən proqnozlara uzunmüddətli proqnozlar deyilir. Praktiki olaraq 3 gündən bir neçə ay müddətinə qədər tərtib edilən proqnozlar bura aid edilir. Bəzən atmosfer sirkulyasiyasının ümumi xüsusiyyətlərini və hava şəraitinin bir il, bir neçə il və yaxud bir- neçə onilliklər qabaqcadan müəyyənləşdirməyə cəhd edilir. Belə proqnozlar daha uzunmüddətli və yaxud ultrauzunmüddətli proqnozlar adlanır.
Hava rejimi
Hava sinifləri
Kompleks iqlimşünaslığın bir tədqiqat üsulu kimi bütün dünyada mövcud olan müxtəlif hava şəraiti 16 hava sinifinə bölünür . Bu siniflərə tropiklər və ya səhralarda müşahidə olunan kəskin istilərdən tutmuş Antarktidanın dözülməz şaxtalarınadək bütün havalar daxildir. Hava siniflərinə aşağıdakılar aid edilir: Günəşli çox isti və çox quru hava (I hava sinifi) — yüksək termik şəraiti, quraqlığı, aydın və ya azbuludlu vəziyyəti ilə səciyyələnir. Günəşli isti və quru hava (II hava sinifi) — düzənlik ərazilərin yay mövsümü üçün səciyyəvidir, dağlarda yüksəklik artdıqca tədricən yox olur. Azbuludlu hava (III hava sinifi) — dənizsahili ərazilərdə ən çox yaz, payız və qış aylarında, dağlarda isə yayda müşahidə olunur. Gündüz buludlu hava (IV hava sinifi) — III hava sinifindən az fərqlənməklə bütün il boyu müşahidə edilir. Gecə buludlu hava (V hava sinifi) — isə ən çox Böyük Qafqazın cənub ətəkləri üçün səciyyəvidir. Tutqun (VI hava sinifi) və yağışlı (VII hava sinifi) havalar — yay aylarında düzənlik ərazilərdə seyrək hallarda qeyd edilsə də, dağlarda daha çox müşahidə olunur. Çox isti və çox rütubətli hava (XVI hava sinifi) — sahilboyu sahil zonasında müşahidə olunur. Temperaturu 0°-dən keçən gündüz buludlu (VIII hava sinifi) və temperaturu 0°-dən keçən gündüz aydın (IX hava sinifi) havalar — düzən və dənizsahili ərazilərində daha çox qış aylarında, yüksək dağlıq zonada isə yaz və payız aylarında müşahidə olunur.
Hava sürəti
Hava sürəti, havadakı istənilən aviavasitənin sürəti. Aviasiyada fərqli məqsədlər üçün istifadə olunan bir çox fərqli hava sürəti olduğundan hava sürətinə ümumi bir tərif vermək düzgün olmazdı. Hava sürəti termini ilə əsasən aviavasitənin əsas sürət saatından oxunan və təyyarənin ətrafındakı hava kütləsinə görə, nisbi sürəti verən alət hava sürəti və ya göstərilmiş hava sürəti (göstərici sürət) nəzərdə tutulur.
Hava xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.